Yanan binanın zərərçəkmişlərindən Nazirlər Kabinetinə çağırışbackend

Yanan binanın zərərçəkmişlərindən Nazirlər Kabinetinə çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zərərçəkmişlər müraciətdə bildiriblər ki, 19 may 2015-ci il tarixində baş vermiş yanğın hadisəsi nəticəsində avtomobil və qeyi-yaşayış sahəsi sahiblərinə külli miqdarda ziyan dəysə də, onlara laqyidliklə yanaşılır:

“Prezident İlham Əliyevin 19 may 2015-ci il tarixində hadisədən dərhal sonra imzaladığı sərəncam qismən yerinə yetirilsə də, bu günə kimi tam həllini tapmayıb. Bir qrup avtomobil və qeyri-yaşayış sahiblərinə hadisədən 6 ay keçməsinə baxmayaraq, Prezidentin sərəncamına uygun olaraq nəzərdə tutulmuş kompensasiya ödənilməyib. Hadisənin səbəblərinin aradan qaldırılması ilə bağlı yaradılan Komissiyanın bütün üzvlərinə etdiyimiz müraciətlər isə cavabsız qalıb”.

Müraciəti imzalayan zərərçəkənlər Nazirlər Kabinetini ziyanın ödənilməsi üçün 1 ay müddətində qərar qəbul etməyə çağırıb. Əks halda, dəymiş ziyanın alınması üçün məhkəməyə müraciət edəcəklərini bəyan ediblər.

Zərərçəkənlərin siyahısı belədir:

1. Mustafayev Tofiq Telman oğlu – “Opel Astra” markalı avtomobilin bazar qiyməti 6250 (altı min iki yüz əlli) manatdır. Komissiyanın hesabladığı qiymət 4000 (dörd min) manatdır.

2. Hüseynov Ülvü Sərdar oğlu – “Pejo 406” markalı avtomobilin bazar qiyməti 10000 (on min) manat, Komissiyanın hesabladığı qiymət 6500 (altı min beş yüz) manatdır.

3. Daşdəmirov Zəmanət Möhübbət oğlu – “İnternetklub” servis mərkəzində texniki avadanlıqlara dəymiş ziyan 12000 (on iki min) manatdır. 6 aydır işləmədiyi üçün hər aya 1000 manat. Cəmi dəymiş ziyan 18000 (on səkkiz min) manat təşkil edir.

4. Mehdiyev Samir Mədət oğlu – “Volksvagen Transportyor” markalı avtomobilin bazar qiyməti 2000 (iki min) manat, komissiyanın hesabladığı qiymət 595 (beş yüz doxsan beş) manatdır.

5. Hüseynov Azad Rafiq oğlu – “Vaz 2104” markalı avtomobilin bazar qiyməti 5000 (beş min) manat, komissiyanın hesabladığı qiymət 4500 (dörd min beş yüz) manatdır.

6. Seyidov Mirhəsən Mirmusa oglu – “Şəmkir 1001 xirdavat” magazası binaya dəymiş zərər 2000 (iki min) manat, 6 aylıq icarə haqqı 3000 (üç min) manatdır.

7. Əliyev Elman Məzahim oğlu – 6 ayılıq icarə haqqı 1200 (min iki yüz) manat, yanğin və suyun vurduğu ziyan 3000 (üç min) manatdır.

8. Mahmudov Yusif Nazim oğlu – “Nissan Patfaynder” markalı avtomobilin bazar qiyməti 40000 (qırx min) manat, komissiyanın hesabladığı qiymət 21000 (iyirmi bir min) manatdır.

9. Rizvanov Qəribağa Əlibala oğlu – “Qaz3110” markalı avtomobilin bazar qiyməti 2090 (iki min doxsan) manat, komissiyanın hesabladığı qiymət 3500 (üç min beş yüz) manatdır. ( modern.az )

İnterpress.az