Bu bardə jurnalistlərə açıqlamasında Rusiyanın turoperatorları Assosiasiyasının vitse-prezidenti Dmitri Qorin bildirib.
“Bütün turoperatorlar çarter reyslərini ləğv edir və turların satışı dayandırılır. Amma Türkiyədə dincələn vətəndaşlarımızı vaxtından əvvəl çıxartmaq planlaşdırılmır” , -deyə Dmitri Qorin bildirib.
Vitse-prezident bildirib ki, artıq bəzi reyslər dekabrın sonuna qədər təxirə salınıb.
Noyabrın 24-də isə Rusiyanın dövlət turizm şirkəti \”Rosturizm\” Türkiyə ərazisində terror təhlükəsi ilə əlaqədar ölkədə fəaliyyat göstərən turoperatorlara qonşu ölkəyə bilet satışını dayandırmağı məsləhət görmüşdü.
\”Rosturizm\” terror xəbərdarlığını Rusiyanın xarici işlər naziri Serqey Lavrovun Türkiyədə təhlükəsizliklə bağlı çıxışından sonra açıqlayıb.
Rusiya ilə Türkiyə arasında son gərginliyə səbəb Rusiyaya məxsus \”Su 24\” qırıcı təyyarəsinin Suriya-Türkiyə sərhədində vurulması olub. Türkiyə tərəfi təyyarənin ölkənin hava sərhəddini pozduğu üçün vurulduğunu bildirib. Hərbi təyyarənin göyərtəsində olan iki pilot katapulta edib. Rusiya KİV-nin məlumatına görə onlardan biri türkmənlər tərəfindən öldürülüb. Digəri isə təxliyyə edilərək Rusiya hərbi bazasına qaytarılıb.
Rusiya prezidenti Vladimir Putin baş verən hadisəni Rusiyaya arxadan vurulan zərbə adlandırıb. Hadisədən sonra Rusiyanın Türkiyənin hava sərhədlərini pozması dünyanın əksər dövlətləri tərəfindən kəskin tənqid edilir. Rusiya isə bu tənqidləri qəbul etmir və iddia edir ki, qırıcı Türkiyə sərhədini pozmayıb. ( anspress.com )
İnterpress.az