Erməni soyqırımı  layihəsini  təqdim etdilərbackend

Erməni soyqırımı layihəsini təqdim etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya KİV-nə istinad edərək xəbər verir ki, rus deputatlar \”Erməni soyqırımı\” iddialarının inkarını cinayət sayan qanun layihəsini Rus parlamentinə təqdim edib.

Türkiyənin rus hərbi təyyarəsini vurmasından sonra, Rusiya ilk böyük kartını oynadı. Rus deputatları, \”Erməni soyqırımı\” iddialarının inkarını cinayət sayan qanun layihəsini rus parlamentinə təqdim edib.

\”Ədalətli Rusiya\”partiyasının lideri Sergey Mironov, \”Erməni soyqırımı\” iddialarının inkarının cinayət sayılmasını nəzərdə tutan qanun layihəsinin Rusiya Dövlət Dumasına təqdim olunduğunu bildirib.

Türkiyəni 1915-ci ildə \”Erməni soyqırımı\” etməklə günahlandıran Mironov, \”Twitter\”-də verdiyi bəyanatda \”Az əvvəl Erməni soyqırımını inkar edənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı bir qanun layihəsini təqdim etdik\” deyə yazdı.

Daha əvvəl də, buna bənzər bir qanun səbəbilə Doğu Perinçək və İsveçrə üz-üzə gəlmişdi. Avropa İnsan Haqları Məhkəməsi (AİHM) \”Vətən Partiyası\”-nın sədri Doğu Perinçəyə, İsveçrədə Erməni soyqırımının inkarı və bu səbəblə də verilən cəzanın ifadə azadlığına zidd olduğu hökmünü çıxartmışdı..

İnterpress.az