İnterpress.az milli.az-a istinadən bildirir ki, 28 yaşlı qadın Binəqədi rayonunda tanışlarını yalan vədlərlə, bəzən isə şantaj yolu ilə başqa kişilərlə pul qarşılığında cinsi əlaqədə olmağa məcbur edib. 4-cü Polis Bölməsi tərəfindən Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə cinayət işi açılıb. Şəxsiyyəti müəyyənləşdirilən Bakı sakini, 1987-ci il təvəllüdlü Aynur Dəmirova bu il oktyabrın 10-dan bəri axtarışda olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində A.Dəmirova tutulub.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az