S.Lavrov: “Türkiyə bu zəng üçün gecikdi”backend

S.Lavrov: “Türkiyə bu zəng üçün gecikdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, iki ölkə arasında böhranın dərinləşməsini istəməyən Türkiyə tərəfi ilk addımı ataraq Moskvaya, Kremlə telefon açıb. Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefon açaraq son olaylarla bağlı danışıb. Bu barədə Mövlut Çavuşoğlunun mətbuat katibi Tanju Bilgic xəbər verib.Lakin Rusiya tərəfi məlumatın yalan olduğunu iddia edib. Moskvada mətbuat konfransı düzənləyən S.Lavrov Türkiyə rəsmisinin ona zəng edərək qəza zamanı həyatını itirən rusiyalı təyyarəçi üçün başsağlığı verdiyini bildirib: “Əslində biz, təyyarə vurulduğu günü bir Türkiyə rəsmisinin bizi arayıb, başsağlığı verməyini gözləyirdik. Amma bu başsağlığı bir gün gecikdi. Eyb etməz, gecikməsi, heç olmamasından yaxşıdır”. Daha sonra S.Lavrov Türkiyə torpaqlarının terrorçular tərəfindən istifadə edilməsindən üzüldüyün bildirib: “Bütün dünya xəbərdardır ki, terrorçular Türkiyə torpaqlarını Suriya və digər ölkələrdəki əməliyyatlarına hazırlanmak üçün istifadə edirlər. O ki, qaldı təyyarənin vurulmasına, bu əslində anlaşılmaz günah idi ki Türkiyə tərəfi bunu etdi”. Qeyd edək ki, bu arada rusiyanın sabiq prezidenti D.Medvedev Türkiyəni İŞİD-ın neft satışından mənfəət güdməkdə suçlayıb.

S.Lavrov: “Türkiyə bu zəng üçün gecikdi”
S.Lavrov: “Türkiyə bu zəng üçün gecikdi”

Abuzər
İnterpress.az