İnterpress.az xarici mətbuata istinadən xəbər verirki, İraqın paytaxtı Bağdad başda olmaq üzrə, Diyala və Ənbar şəhərlərində təşkil olunan bombalı və silahlı hücumlar nəticəsində 12 nəfərin öldüyü, 42 nəfərin yaralandığı bildirilib.
Bağdadın cənubundakı Əl-Yusufiyyə bölgəsində, patrul xidməti göstərən Haşdi Əşair (Tayfalar İcması) maşını keçdiyi zaman əldə düzəlmə bir bombanın partladılması nəticəsində, 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Bağdadın Bəsmayə, Raşidiyyə, Əs-Saleh, Əl-Verdiyyə və Diyala Körpüsü mövqelərində baş verən bombalı hücumlarda da 7 nəfər həyatını itirib, 22 nəfər yaralanıb. Bağdadın cənubundakı Əl-Mədain bölgəsində bomba yüklü maşının partlaması nəticəsində isə 5 nəfər yaralanıb. Bağdadın şərqindəki Cəmilə rayonunda hərəkətdə olan bir avtomobilə şəxsiyyəti müəyyən olunmayan adamlar tərəfindən açılan atəş nəticəsində 2 nəfər öldü.
İraqın qərbindəki Ənbar şəhərində, koalisiya qüvvələrinin hava hücumu nəticəsində Zübeyr məscidi və ətrafdakı evlər zərər görərkən, 11 nəfər yaralanıb.
Ölkənin şərqindəki Diyala şəhərində reallaşan bombalı hücumda da bir təhlükəsizlik işçisi həyatını itirib, bir nəfər yaralanıb.

İnterpress.az