Təyyarə vuran Türk pilota “Ukraynadan orden” təşəbbüsübackend

Təyyarə vuran Türk pilota “Ukraynadan orden” təşəbbüsü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki,Türkiyə sərhədlərini pozan Rusiya qırıcısını vuran Türk Hava Qüvvələri pilotuna Ukraynalı aktivistlər \”Ukrayna Milli Qəhrəmanı\” ordeni vermək üçün təşəbbüs göstərdi.
Ukraynanın tanınan könüllü aktivistləri Andrey Bolçko və Dmitri Kurbakoviç bu fikirlərini \”Fecebook\” səhifələrində paylaşdılar. Bolçko və Kurbanoviç paylaşdıqları mesajda \”Facebookda paylaşdığımız bu mesajı 10 min nəfər \”like\” edərsə, dərhal bu qərarımızı yerinə yetirmək üçün hərəkətə keçəcəyik\” açıqlamasını verdilər.
Krım Tatarlarının Milli Lideri, Ukrayna Prezidentinin Krım Tatar Rəsmisi, Ukrayna Millət Vəkili Mustafa Əbdülcəmil Kırımoğlu da Almaniyadan gələn bir nümayəndə heyəti ilə keçirdiyi görüş zamanı məsələ ilə bağlı bəyanat verib. Kırımoğlu, Ukraynalı aktivistlərin ona telefon açdığını və həmin ordenin Türk pilotuna çatdırılması məsələsində kömək istədiklərini deyib.
Ukrayna vətəndaş cəmiyyəti mükafatı olan \”Ukrayna Milli Qəhrəmanı\” ordeni, Ukraynaya xidmət etmiş uğurlu peşə sahiblərinə və ya ailələrinə verilir. İlk dəfə bu il verilməyə başlanan orden, aralarında Mustafa Əbdülcəmil Kırımoğlunıun da yer aldığı 30-dan çox adama təqdim edilib.

İnterpress.az