İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Pakistan Talibanının məşhur komandirlərindən olan Xan Səid Sanja öldürülüb. Sanja və başçılıq etdiyi 12 Taliban üzvünün Əfqanıstanın Xost şəhərində ABŞ tərəfindən həyata keçirilən pilotsuz hava vasitəsinin hücumu ilə öldürüldüyü açıqlanıb. Hücumda qrup üzvlərindən 20 nəfərin də yaralandığı bildirildi.
Səid Sanjanın öldüyü hələ rəsmən təsdiq edilmədi.
ABŞ son aylarda Pakistan Talibanına qarşı pilotsuz hava vasitələri ilə bir çox hücum həyata keçirib.