3 saylı Klinik Xəstəxananın baş həkimi Fikrət Zeynalov virtualaz.org saytına bildirib ki, xəstəxanaya 3 yaralı daxil olub. (Yenilənib)
Baş həkimin sözlərinə görə, onların hər üçünün vəziyyəti ağırdır, odlu silahdan açılan atəşlə yaralanıblar. Yaralıların hamısı gənclərdir, onlardan birinin üzərində təcili əməliyyat aparılıb. Əməliyyat başa çatsa da yaralının vəziyyəti kritik olaraq qalır. Qalan iki yaralının üzərində cərrahiyyə əməliyyatı davam edir.
*** *** ***
Bakının Nardaran qəsəbəsində silahlı insident baş verib. (Yenilənib)
Hadisə nəticəsində yara alanlar Sabunçu Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Yaralılardan birinin Bizimyol.info-ya verdiyi məlumata görə, avtomatla silahlanmış naməlum şəxs qarşısına çıxan insanlara atəş açmağa başlayıb. Hadisə bu gün təxminən saat 13.00 radələrində qeydə alınıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə əlaqə saxladıq. DİN rəsmisi bununla bağlı sualımızı Baş Prokurorluğun mətbuat xidmətinə ünvanlamağı məsləhət gördü. Ətraflı məlumat veriləcək
*** *** ***
Nardaran sakinlərindən İnterpress.az-a daxil olan məlumata görə, bu gün Nardaranda \”Rəhimə Xanım\” ziyarətgahının yanında yerləşən Hüseyniyədə namaz vaxtı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.
Aldığımız məlumata görə, əməliyyat zamanı atışma baş verib. İlahiyyatçı Tale Bağırov və bir neçə dindar saxlanılaraq naməlum istiqamətə aparılıb.
Hazırda Hacı Tale Bağırov və yaxınlarınının telefonlarına zəng çatmır.
İlkin məlumatlara görə 2 nəfər həlak olub, bir neçə nəfər də yaralanıb.
İnterpress.az