İcra hakimiyyəti bir neçə saytı məhkəməyə verirbackend

İcra hakimiyyəti bir neçə saytı məhkəməyə verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qafqazinfo” xəbər verir ki, buna səbəb dosye.org, teref.info, qafqaznews.az və s. saytlarda Elmar Vəliyevin ünvanına həqiqətə uyğun olmayan təhqiramiz məlumatın yer alması və bununla da Şəhər İcra Hakimiyyətinin və Gəncə ictimaiyyətinin nüfuzuna vurulan zərbədir. Qeyd olunur ki, sözügedən saytlarda heç bir etik qaydalar qorunmadan, həqiqətə uyğun olmayan ifadələr işlədilib və dəfələrlə eyni media orqanında bu tipli materiallar təkrar olunub.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev bildirib ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərliyi altında məsul şəxslər və şəhər sakinləri Gəncəmizin tarixiliyini qorumaqla müasir şəhərə çevrilməsi üçün əllərindən gələni əsirgəmirlər. Sədr qeyd edib ki, dəfələrlə xəbərdarlıq olunmalarına baxmayaraq həmin “media orqanları”nda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı və əməkdaşları, Gəncədə aparılan quruculuq abadlıq işləri haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır:

“Bu saytlar dezinformasiyaları tirajlayaraq öz oxucularını çaşdırırlar. Bu cür xoşagəlməz hallar hər bir gəncəli kimi məni də dərindən narahat edir. Onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcək”.

İnterpress.az