ABŞ-dan Rusiyaya  çağırış!backend

ABŞ-dan Rusiyaya çağırış!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Kerri, Rus həmkarına dünən meydana gələn hadisədə insan itkisi səbəbiylə baş sağlığı verdi.
Açıqlamada, \”Kerri, Türk və Rus rəsmiləri arasında dialoq çağırışı etdi. Kerri, həmçinin, iki tərəfin də bu hadisənin iki ölkə arasında və ya Suriyada gərginliyi artırmasına imkan verilməməsinə duyulan ehtiyacı vurğuladı\” deyildi.

Kerrinin Suriyadakı problemə diplomatik həll tapılması istiqamətində irəliləyişin əhəmiyyətinə diqqət çəkdiyi də ifadə edilib.
Suriya-Türkiyə sərhədində Türk hava məkanını, 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edilməsinə baxmayaraq pozan \”Su-24\” tipli döyüş təyyarəsinə bölgədə patrul vəzifəsində olan iki Türk \”F-16\” təyyarə müdaxilə etmişdi. Rusiya, Hatay Vilayətinin Yayladağı rayonunun qarşısında Suriyanın Bayırbucak bölgəsinə düşən təyyarənin özünə aid olduğunu açıqlamış, NATO, təyyarənin hava pozuntusu etdiyinə dair Türkiyənin bölüşdüyü məlumatların doğruluğunu təsdiq etmişdi.
Oktyabr ayının əvvəlində də Rusiyaya məxsus döyüş təyyarələri Türk hava məkanını pozmuş, Rusiya rəsmiləri hadisədən sonra üzr istəyərək belə halların təkrar olunmayacağını bildirmişdi. Türkiyə isə hava məkanı pozuntularına hərbi qarşılıq verilməsini ehtiva edən hərbi qaydaların tətbiq olunacağı xəbərdarlığını təkrar etmişdi.

İnterpress.az