Açıqlamada, öldürülən Fələstinlilərin 22-in uşaq, (qız və oğlan) 4-nün isə qadın olduğu qeyd edilib.
Fələstin Səhiyyə Nazirliyinin Sözçüsü Usamə ən-Nəccar əvvəlki gün verdiyi xəbərdə, \”Oktyabr ayının əvvəlindən bu yana İsrail qüvvələri tərəfindən plastik və həqiqi gülləylə vurulan 3 min 500 Fələstinlinin yaralandığını\” söyləmişdi.
İsrail Xarici İşlər Nazirliyi isə həmin dövrdə baş verən hücumlarda 20 İsraillinin həyatını itirdiyini, 189-nun yaralandığını açıqlayıb. Fələstinlilər tərəfindən 106 hücum həyata keçirildiyi önə sürülən açıqlamada, bunların 10-nun silahlı hücum, 12-nin maşınla vurma, 74-nün isə bıçaqlama şəklində olduğu bildirilib.
Digər tərəfdən İsrail işğalı altındakı Qərbi İordan Çayının Nablus şəhəri yaxınlığındakı bir əsgəri nəzarət nöqtəsində, \”sərhəd polislərini bıçaqlamağa cəhd göstərdiyi\” iddia edilən bir Fələstinin vurulduğu bildirilib.
İsrail ordusundan verilən yazılı açıqlamada, \”Zatarada (hərbi nəzarət nöqtəsi) avtomobilindən enən bir Fələstinli sərhəd polislərini bıçaqlamağa cəhd göstərdi. Təcavüzkar vuruldu\” ifadələrinə yer verilib.
Açıqlamada, \”təcavüz cəhdində olduğu\” iddiası ilə vurulan Fələstinlinin sağlamlıq vəziyyətinə dair bir məlumat verilmədi.
Yəhudi köçkünlərin Fələstinlilərə hücumları və Məscidi Əqsaya qarşı basqınları səbəbiylə bölgədə gərginlik artan vəziyyətdədir. Demək olar ki, hər gün \”İsraillilərə bıçaqlı hücum cəhdində olduğu\” iddiasıyla Fələstinlilər vurularaq yaralanır ya öldürülür.
Şərq Qüds ilə Qərbi İordan, 1967-cı ildən bəri İsrail tərəfindən işğal altında saxlanılır. İşğal altındakı Şərqi Qüdsdə 200 min, Qərbi İordan isə 400 min Yəhudi köçkün var. Beynəlxalq hüquqa görə,buralarda bütün Yəhudi yaşayış məntəqələri qeyri-qanuni qəbul edilir. Qəzza Zolağı isə 2006-cı ildən bu yana İsrail tərəfindən blokada şəraitində saxlanılır.
İnterpress.az