Bu gün Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili Bakıya səfərə gəlib.
Gürcü nazir prezident İlham Əliyevlə görüşüb. Görüş zamanı terrorçuluq və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və digər məsələlər müzakirə olunub.
Türkiyə Xarici İşlər Nazirliyinə istinadla verilən məlumata görə, sabah Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gələcək.
Səfər zamanı nazir prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək, əməkdaşlıq məsələləri müzakirə olunacaq.
İnterpress.az