Bu barədə “Qafqazinfo”ya hazırda Nardaranın girişində yaradılmış qərargaha nəzarət edən Hüquq Mühafizə Orqanlarının rəhbərlərindən biri məlumat verib. Qərargah rəsmisi bildirib ki, dünənki olaylardan sonra kənddə sabitlik hökm sürsə də, qəsəbənin giriş və çıxışları nəzarət altında saxlanılır. Kəndin içində toplaşan bir qrup sakin dəfnə hazırlıq görürlər.
Rəsminin sözlərinə görə, polis onların dəfninə heç bir müdaxiə etməyəcək, yalnız təhlükəsizlik tədbirləri üçün kəndə nəzarət davam etdirilir.
İnterpress.az