Hidayət Nəbiyev kənd sakinlərinin də gecəni meydanda keçirdiklərini bildirib: «Hamımız kişi kimi meydanda qaldıq, dağılmadıq, dağılmayacağıq da.
O, atışma zamanı ölən kənd sakinlərinin meyitinin qaytarılmasını və saxlanılanların buraxılmasını tələb etdiklərini bildirir: «Biz hələ bilmirik kim ölüb, neçə nəfər ölüb. Neçə nəfər yaralıdır. Rəsmi qurumların cavabını gözləyirik.
Noyabrın 26-da Nardaranda silahlı insident olub. Rəsmi məlumata görə, bu zaman dörd nəfər kənd sakini və iki polis ölüb.
İnterpress.az