İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki,Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amano noyabrın 26-da jurnalistlərə açıqlamasında İranın nüvə fəaliyyətinin mahiyyətindən danışıb.
Yukio Amano deyib ki, onun başçılıq etdiyi qurum, Tehranın nüvə fəaliyyətinin mahiyyəti barədə son hesabatını gerçək və real məlumatlar əsasında hazırlayıb yayacaq.Y.Amano: “Bizim agentlik İranın nüvə proqramının hərbi xarakter daşıyıb-daşımadığını dəqiq şəkildə bilmir. Hazırda yalnız onu deyə bilərəm ki, bu məsələ haqqında konkret “hə” və ya “yox” sözü ilə cavab vermək mümkün deyil.
Hesab edirəm ki, İranın apardığı nüvə fəaliyyətinin hərbi xarakter daşıyıb-daşımamasını Beynəlxalq atom Enerjisi Agentliyinin hakimlər şurası müəylənləşdirməli, onun haqqında qərar verməlidirlər” deyib.