İnterpress.az xəbər verir ki, Trend-in dəfn mərasimində iştirak edən əməkdaşının verdiyi məlumata görə, mərhumları son mənzilə yola salmaq üçün çox sayda ictimai xadim, hüquq-mühafizə orqanlarının əməkdaşları, vətəndaş toplaşıb.
Daxili işlər naziri Ramil Usubovun da dəfndə iştirakı gözlənilir.
Dəfn mərasimində Baş Prokurorun birinci müavini Rüstəm Usubov, DİN Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev, DİN Mətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlov, Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev iştirak edir.
Dəfn mərasiminə Daxili işlər naziri Ramil Usubov, Milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, Baş prokuror Zakir Qaralov da qatılıblar.
*** *** ***
Müxbirlərimiz bildirir ki, şəhid olmuş polis əməkdaşlarının ölümündən sonra mükafatlandırılması gözlənilir. Belə ki, DİN əməkdaşları onların yaxınlarına təqdim ediləcək “İgidliyə görə” medallarını da Fəxri Xiyabana gətiriblər.
DİN rəhbərliyinə daxil olan şəxslər, o cümlədən generallar Yaşar Əliyev, Həzi Aslanov, Ramiz Zeynalov, habelə baş prokurorun I müavini Rüstəm Usubov və digərləri mərasimdə iştirak edir.
* * *12:05
Bu dəqiqələrdə Bakıdakı II Fəxri Xiyabanda dünən Nardaranda radikal dindarlarla toqquşmada qəhrəmancasına şəhid olan polis mayoru Vüqar Nəsibovun və İsmayıl Tağıyevin dəfn mərasimi keçirilir.
Virtualaz.org saytının hazırda II Fəxri Xiyabanda olan reportyor qrupu xəbər verir ki, dəfn mərasiminə çoxlu sayda mülki və polis formasında hüquq-mühafizə orqanlarının əməkdaşları qatılıb. Ərazidə güclü polis nəzarəti var.
Müxbirlərimiz bildirirlər ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin Əsgərov və Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov da dəfn mərasimində iştirak edirlər.
Daxili işlər naziri Ramil Usubovun da dəfndə iştirakı gözlənilir.
Onu da deyək ki, şəhid polislərdən 38 yaşlı İsmayıl Tağıyev üç uşaq atası olub. 10 gün əvvəl oğlu dünyaya gəlibmiş.
Əlavə məlumat veriləcək.
İnterpress.az