Qan xərçəngindən əziyyət çəkən azyaşlının atası Fərhad Azayev İnterpress.az-a telefon açaraq övladının sağalmasında yardımçı olduğumuza görə təşəkkür etdi.
O, qızının hazırda nöbəti əməliyyata hazırlaşdığını bildirdi:
“Belarusiyada olanda vəziyyəti çox gərgin idi. Sağ olsun köməyi keçən hər kəs, mətbuatda hesabımız yayımlandı və kömək edənlər oldu. Bizi bu ağır vəziyyətdə tək buraxmadılar. İndi qızımın müalicəsinin ikinci mərhələsidir. Bu müalicə əslində bədəni xəstəliyə qarşı möhkəmlətmək məqsədi daşıyır. Maddi imkanımız müalicənin ikinci mərhələsinə başlamağa imkan vermir.
Əziz oxucularımızdan xahiş edirik ki, bizə övladımızı yaşatmağa kömək etsinlər”.
Qeyd edək ki, ailədən 20.000$-a yaxın maddi vəsait tələb olunur. Xəstəliyi ağır olduğundan hər dəqiqə uşaq üçün çox əhəmiyyəlidir. Ailə imkanlı şəxslərdən onlara yardım edilməsini xahiş edir.
Mümkün yardımı aşağıdakı bank hesabına köçürmə yolu ilə və ya nağd formada təqdim edə bilərsiniz.
Online bank AZN hesabı: 4127 2222 3913 3028
Atası Fərhad Azayev əlaqə nömrəsi: 070 378 93 44
İnterpress.az