Suriya: Türkiyə neft maraqları üzündən Rus təyyarəsini vurdu!backend

Suriya: Türkiyə neft maraqları üzündən Rus təyyarəsini vurdu!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Umran Zuabi, bu ay keçirilməsi planlaşdırılan Moskova-3 görüşlərinin də təxirə salındığını deyib.

Suriya İnformasiya Naziri Umran Zuabi, Rus \”Su-24\” qırıcısının 24 noyabr səhəri, Suriya sərhədində vurulmasında Türkiyənin neft maraqlarının payı olduğunu iddia etdi. \”RİA Novosti\” agentliyinə müsahibə verən Zuabi, İŞİD-in Suriyadan Türkiyəyə göndərdiyi neft dolu tankerlərin hədəfə alındığını, Rus təyyarəsinin də intiqam üçün vurulduğunu önə sürdü. Zuabi, \”Suriya hava məkanı daxilindəki Rus təyyarəsinə xəbərdarlıq etmədən hücum etməsi bir daha Türkiyənin yalan danışdığını göstərir\” dedi.

Digər tərəfdən, Zuabi, Dəməşq ilə müxalifləri bu ay ərzində bir daha bir araya gətirilməsi planlaşdırılan Moskova-3 görüşünün təxirə salındığını açıqlayıb. Məsələnin Dəməşqdə deyil, Suriya xaricində yaşayan müxalifətlə əlaqəli olduğunu bildirən Zuabi, \”Bir-birini anlamaqda çətinlik çəkirlər. Çünki birdən çox dövlətə bağlıdırar. Hər birinin öz hədəfləri və bəzi yerlərdə əks düşən , bəzi nöqtələrdə da üst-üstə düşən maraqları var\” dedi.
Digər tərəfdən Suriya rəhbərliyinin Rusiyanın köməyi ilə Qərbin Suriyanı yox etməyə yönələn əsl niyyətini aşkara çıxardığını vurğulayan Zuabi, terrorla mübarizənin birgə əməkdaşlıq tələb etdiyini vurğulayıb.