İşdən çıxarılan rektorları əvəz edənlər məlum oldubackend

İşdən çıxarılan rektorları əvəz edənlər məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Modern.az hazırda onların səlahiyyətlərini kimin əvəz etdiyini müvafiq ali təhüsil ocaqlarından öyrənməyə çalışıb.

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından bildirilib ki, hazırda rektor vəzifəsini təhsil ocağının tədris işləri üzrə prorektoru Qəhrəman Məmmədyarov icra edir.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfa Kazımova qeyd edib ki, noyabrın 25-dən təhsil ocağının elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov rektor vəzifəsini icra edir.

Azərbaycan Tibb Universitetindən bildirilib ki, tədris işləri üzrə prorektor Sabir Əliyev hazırda rektor vəzifəsini müvəqqəti olaraq icra edir.

Azərbaycan Müəllimlər İnstitutu isə prezidentin dünən imzaladığı müvafiq sərəncamla Azərbaycan Pedoqji Universitetinə birləşdirilib.

İnterpress.az