İnterpress.az İran mətbuatına istinadən xəbər verir ki, İranın dini liderinin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi noyabrın 26-da “Bəsic” təşkilatına üzv qüvvələr qarşısında çıxış edərək Türkiyənin iki gün əvvəl öz sərhədində rus qırıcısını vurmasına münasibət bildirib.
Yəhya Rəhim Səfəvi deyib ki, Türkiyənin rus təyyarəsini vurması ona baha başa gələcək: “Türkiyə Rusiyanın hərbi təyyarəsini vurmaqla strateji bir səhvə yol verib. Baxmayaraq ki, bu bir taktiki hadisədir, lakin onun strateji fəsadları olacaq.
Şübhə yoxdur ki, Türkiyə bu məsələdən ziyan görəcək. Çünki bu ölkə, son 5 ildə icarəli terrorçulara yardım etməkdən başqa həm də Suriya və İraqda sabitliyi pozub. Elə buna görə də hesab edirik ki, Ankara bu hadisədə strateji bir səhvə yol verib. Bu isə, sözsüz ki, Türkiyəyə baha başa gələcək”.
İnterpress.az