İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Çikaqo şəhərində qara dərili gənc Laquan Makdonaldın polis tərəfindən tapançadan 16 dəfə atəş edilərək öldürüldüyünü göstərən video görüntülərin ortaya çıxması ilə başlayan etiraz aksiyaları davam edir.
20 oktyabr 2014-cü ildə baş verən hadisənin çərşənbə axşamı günü ortaya çıxan video görüntüdə, polis məmuru Cason Van Diykin qara dərili gənci amansızca öldürməsinin ortaya çıxması , Çikaqoda etirazların başlamasına səbəb oldu. 9 nümayişçi saxlanılıb.
ABŞ Prezidenti Barak Obama \”Facebook\” üzərindən \”Şükran günü\” münasibətilə yaydığı mesajda, Makdonaldın 16 dəfə atəş edilərək öldürüldüyünü göstərən kamera görüntülərinə görə narahatlıq duyduğunu bildirib.
Interpress.az