“Pensiya yaşının 65-ə qaldırılması mümkün deyil”backend

“Pensiya yaşının 65-ə qaldırılması mümkün deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu açıqlama ilə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev çıxış edib.

Sədr çıxışında Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlılığının təmin olunması üçün qeyd etdiyi istiqamətdə islahatların aparılması zəruri olduğunu deyib.

Milli Məclisin üzvü, iqtisadçı alim Vahid Əhmədov AzNews.az-a açıqlamasında bu addımın dövlət tərəfindən atılmasının mümkünsüz hesab edir: “Hələlik belə bir təklif yoxdur, buna ehtiyac da görmürəm. Mən inanmıram ki, yaxın vaxtlarda pensiya yaşının 65-ə qaldırılması ilə bağlı bir addım atılsın”.

V.Əhmədov qeyd edib ki, əgər dövlət olaraq, belə bir qərar verilsə, bu əhali arasında heç bir narazılığa səbəb olmayacaq: “Mən bir az bundan əvvəl Elman Mehdiyevlə söhbət elədim. O, dedi ki, “biz bu təklifi bir proqnoz kimi səsləndiririk. Yəni, beynəlxalq qurumlarla işləyirik, təkliflər və tövsiyyələr veririk. Bu təklif də tövsiyyələrdən biridir”. ( AzNews.az )

İnterpress.az