İnterpress.az İran mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın və İranlı rəsmilərin nüvə müzakirələrində apardıqları danışıqlara işarə edən Nəqdi, \”ABŞ rəsmiləri bir tərəfdən bizim rəsmilərlə siyasi müzakirələr aparır və təbəssüm edərək nəzakətli görüntülərlə fotoşəkil çəkdirirlər, digər bir tərəfdən də təxribat əməllərinə davam edirlər\”dedi.
Son günlərdə ifşa olunan bəzi cəsuslardan bir çox məlumat əldə etdiklərini bildirən Nəqdi, \”Cəsuslardan aldığımız məlumatlara görə, ABŞ, İran rejiminin devrilməsi üçün 2 milyard dollar büdcə ayırıb. 200 milyon dollar Xarici İşlər Naziri Con Kerrye ayrılıb. Bu adam, danışıqların son mərhələlərində qan-tər içində çalışırmış kimi görünürkən, masanın o biri tərəfindən təbəssüm edir. Eyni adam indi İran rejimini devirmək üçün 34 fərqli plan, layihə və proqramı şəxsən özü idarə edir\” dedi.
İnterpress.az