Ana əvvəl 2 övladını, sonra özünü eyvandan atdıbackend

Ana əvvəl 2 övladını, sonra özünü eyvandan atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, hadisə İrkutsk vilayətində qeydə alınıb. Əslən Azərbaycandan olan, lakin İrkutskda yaşayan ailənin başçısı səhər saatlarında şəhərdə fəaliyyət göstərən kafesinə gedib.

Bir saatdan sonra ona təcili evə gəlməsi barədə xəbər verilib. Məlum olub ki, qonşular iki azyaşlı uşağı olan qadının qışqırıq səsini eşidiblər və polisə xəbər veriblər. Polis isə evə gəldikdə heç bir problem olmayıb. Həmin vaxt evə gələn ailə başçısı da həyat yoldaşını sakitləşdirib və o, da yenidən işinə qayıdıb.

Axşam işdən evə qayıdanda isə kişi, həyat yoldaşının həyətdə qarın içində cansız cəsədini görüb. Məlum olub ki, onun 32 yaşlı həyat yoldaşı əvvəl 4 və 2 yaşlı övladlarını, sonra isə özünü binanın 7-ci mərtəbəsindən atıb. Ana yerindəcə dünyasını dəyişib. Xəstəxanaya aparılan uşaqlardan balacasının həyatını xilas etmək mümkün olmayıb. 4 yaşlı uşaq isə həyatla ölüm-dirim mübarizəsi aparır.

Hələlik ananın bu gözlənilməz addımın səbəbi sirr olaraq qalır. Artıq qərara alınıb ki, dəfn mərasimi Azərbaycanda keçiriləcək. Ölən qadın və əri 2011-ci ildə Azərbaycanda ailə qurub və toydan sonra İrkutska köçüblər.

Faktla bağlı artıq cinayət işi açılıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanı əməkdaşları ailənin maddi cəhətdən heç bir problemi olmadığını, ona görə də hadisənin maddi cəhətdən çətinliklər səbəbindən baş vermədiyini bildiriblər.

Vəziyyəti şərh edən psixoloq isə bildirib ki, qadının kəskin psixi problemləri olub. Ehtimal edilir ki, hadisə məhz bu səbəbdən baş verib.

Ailə başçısının dostu isə bildirib ki, ailə başçısı baş verənlərdən sarsıntı keçirdiyindən , 2 yaşlı övladının öldüyündən hələ də xəbəri yoxdur.
Dünyasını dəyişənlər Azərbaycanda dəfn olunacaq.

Ana əvvəl 2 övladını, sonra özünü eyvandan atdı

İnterpress.az