Rusiyada türk dönərinə “YOX” deyildibackend

Rusiyada türk dönərinə “YOX” deyildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, V.Jirnovskinin partiyasından parlamentə seçilən deputat rusiyalıları Rusiyada fəaliyyət göstərən türk kafelərini, dönərxanalarını və ümumilikdə türk mətbəxini baykot etməyə çağırıb:
“Biz Türkiyənin Rusiyada fəaliyyət göstərən bütün shələrini baykot etməklə ən düzgün addımı atmış olarıq. Biz Türkiyənin aqressivv addımlarına eyni aqressiya ilə cavab verməliyik. Türkiyənin terroru və terrorçuları, İŞİD, Ən-Nusra kimi terror təşkilatlarını dəstəklədiyini nəzərə alanda ona eyni tövrlə cavab verməyin yanlış olmadığını görürük.

İŞİD Suriyadan Türkiyəyə neft daşıyır. Türklər İŞİD-dan nefti satın alarkən, sanki bizim qanımızı stın alırlar.

Üstəlik, Türkiyənin Rusiyada satdığı şaurma, dönər kimi qidalar keyfiyyətsiz halda hazırlanır və orqanzim üçün çox təhlükəlidir. Yadınızdan çıxarmayın, türklər saxta alkaqolik isçilər hzırlamaqd ustadırlr. Onlar bu saxta içkiləri ruslara satıb, bizim vətəndaşları zəhərləməklə məşğuldurlar. Çünki Türkiyə müsəlman ölkəsidir. Öz ölkələrində alkoqol istehsl edib sata bilmirlər, bütün keyfiyyətsiz içkilərini Rusiya vətəndaşlarına sırıyıb, zəhərləməklə məşğuldurlar”.

Bundan sonra rusiyalı deputat 2011-ci ildə 21 rus turistin Türkiyədə spirtli içkidən zəhərlənərək öldüyünü xatırladıb.

Abuzər
İnterpress.az