İnterpress Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açıb və 1946-cı il təvəllüdlü Lısov Konstantin Stepanoviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.