Goranboyda avtomobil 25 yaşlı piyadanı vuraraq öldürübbackend

Goranboyda avtomobil 25 yaşlı piyadanı vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində “Opel Omega” markalı avtomobil yolu keçmək istəyən, Samux rayonunun Alıuşağı kənd sakini 1990-cı il təvəllüdlü Həsənov Həsən Qulu oğlunu vurub. Piyada Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.