İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail Baş Nazir Köməkçisi Tsipi Hotovelyinin , işğal edilən Fələstin ilə bağlı video materialları senzuradan keçirməyin yollarını müzakirə etmək üçün Youtube və Google-nin nümayəndələri ilə görüşlər keçirdiyi üzə çıxdı.
Amerikada yaşayan Fələstinli jurnalist olan Saed Bannoura \”İmemic\” xəbər kanalında yazdığı məqaləsində, Hotovelyinin yalnız İbrani olaraq nəşr edən bir qəzetdə, Youtube İcraçı Direktoru Susan Vojkiki və Google Siyasətləri Rəhbəri Jennifer Otzizskiy ilə Google-nin ofisində bir araya gəldiyini açıqladığını bildirib.
Yazıya görə, Hotovelyi, Google-nin İsrail Xarici İşlər Nazirliyi ilə ikitərəfli əlaqələrini gücləndirməyi və dərc olunan materialları müşahidə və senzuradan keçirməyi mümkün edəcək bir \”əməkdaşlıq\” mexanizmi qurmağı qəbul etdiyini açıqlayıb.
İşğal edilmiş torpaqlarda çalışan bütün əcnəbi jurnalistlərin İsrail ordusuna müraciət etmələri və qeydə aldıqları hər bir kamera görüntüsünü yayınlamadan əvvəl İsrail Hərbi Senzura ofisinə təsdiqlətmələri lazımdır. Texnologiyanın köməyi ilə, son hadisələrdə bir çox Fələstinli və digər vətəndaşlar, yüklənən videoları senzurasız bir şəkildə birbaşa olaraq izləyə bilirlər.
İnterpress.az