İnterpress.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından hadisə noyabrın 28-i saat 15:45 radələrində Şəki şəhəri Sülh küçəsi ev 16 ünvanında qeydə alınıb. Şəki şəhər sakini 1954-cü il təvəllüdlü Yaşaq Əkbər oğlu Nəcəfovun meyti yaşadığı evin həyətində tikilmiş maşın qarajından asılı vəziyyətdə həyat yoldaşı Telli tərəfindən aşkar edilib. Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan işçilərinin apardıqları araşdırma zamanı 61 yaşlı Yaşaq Nəcəfovun intihar etməsi məlum olub.
Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Interpress.az