İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, bu açıqlama ilə Latviyalı astrofizik İlqmar Eqlitis çıxış edib.
Onun sözlərinə görə, məhz bu il dünya üçün son olacaq: \”Siz \”Ulduz qapıları” filminə baxmısınızmı? Orada Apofis adlı qəddar biri var idi. Yəqin elə həmin personajın şərəfinə bu asteroidi adlandırıblar. 2029-cu ildə o, Yerdən cəmi 30000 kilometr məsafədə uçacaq. Ən təhlükəli asteroidlər bizdən 40000 kilometr uzaqlıqdan uçanlardır. Əgər Apofis Yerə düşsə, o zaman hər şeyin sonu olacaq”.
Interpress.az