Ölkəmizdə ət və ət məhsulları ishehsalı geniş vüsət alıb desək, heç də yanılmarıq. Market və dükanlarımızda bu növ qida məhsulları çeşid-çeşiddir. Azərbaycanda qida sektorunda rast gəlinən və subliminal, yaxud şüuraltı mesaj ehtiva edən nümunələrdən biri \” Sevimli Dadı\”-ın uşaqlar üçün hazrladığı \”Detskiye\”sosiskalarıdır.
Şəkildə gördüyünüz \”Detskiye\” sosiskaları \”Sevimli Dad\” şirkətinin ishehsal etdiyi məhsuldur. Adından da bəlli olduğu kimi, bu qida növü uşaqlar üçün hazırlanıb. Amma üzərindəki şəkillərə görə bunu nəinki uşaqların, heç böyüklərin gözünün qarşısına çıxartmaq mükün deyil. Mənzərə göz qabağındadır!
Son zamanlar mətbuat və tv kanallarda çox müzakirə olunan xarici cizgi filmlərində təbliğ edilən zorakılığın uşaqlarımıza psixoloji və bioloji təsiri movzusudur. Şübhə etmirəm ki, bu movzuya qida və digər məhsulların üzərində gizli istifadə edilən subliminal mesajlar da əlavə edilməlidir.
Dünya təcrübəsində belədir ki, bir çox böyük şirkətlər öz məhsullarının satışını artırmaq üçün reklamlarında fərqli üsullardan istifadə etməklə adi insanları öz potensial müştərilərinə çevirirlər. Ən geniş yayılmış üsullardan biri də insana süuraltı təsir etməklə beyinləri idarə edə bilməkdir. Subliminal mesaj və ya şüuraltı mesaj, başqa bir obyektin içində gizlədilmiş olan bir işarə, ya da mesajdır və normal insan hissi məhdudiyyətlərinin altda qalmaq, o anda hiss edilməmək üçün nəzərdə tutulub. Subliminal mesajları insanlar ilk baxışda fərq etmirlər, ancaq bu mesajların insanın süuraltına güclü təsir etdiyi iddia edilir. Subliminal texnikalardan reklam və təbliğat sahələrində tez-tez istifadə edilir. Seriallarda və ya filmlərdə obrazların içdiyi içki markaları, paltarları subliminal mesaj nümunələrindəndir. Bu üsulların məqsədləri, təsiri, istifadə tezliyi və rəqabət kimi məsələlərdə əxlaqa uyğunluğu müzakirə edilməlidir. Marka və məhsulların marketinqi cəmiyyətin maraqlarını, ehtiyac və hissini dəyişdirməyə qədər bir çox istiqamətlərdə istifadə edilir.
İnsan beyni göz ilə görüdklərinin ən yaxşı halda 3 faizini dərk edə bilir. Geridə qalan 97 faizi isə insanın şüur altına yerləşir. Şüur altına yerləşmiş olan informasiya həmin informasiyadan asılı olaraq insanı maksimum dərəcədə həmin hərəkətə sövq edir. Bu hərəkət daimi təkrarlanarsa, artıq həmin insan haqqında danışılan əmtəənin aludəçisinə çevrilir. Marketinq mütəxəssisləri üçün bundan yaxşı uğur ola bilərmi?
Hər hansı bir məlumat şüur altına yeridildisə, deməli missiyanın ilk və ən vacib hissəsi yerinə yetirilmiş olur. Ümumiyyətlə insanın şüur altına ən tez daxil olan 3 mövzu var:
1. Dəhşət;
2. Ölüm;
3. Seks.
Bu gün Azərbaycanda bu məzmunlu mesaj verən məhsula da rast gəlmiş olduq.
Әlbəttə ki, bizim \”Sevimli Dad\” şirkətinə qarşı heç bir qərimiz yoxdur ! Bu bir jurnalist və vətəndaş baxışıdır. Bəlkə mən yanılıram?!
Əgər belədirsə o zaman şirkət nümayəndələri uşaqlar üçün istehsal etdikləri sosislərin üzərinə bu rəsmi qoymaqla hansı mesaj vermək istədiklərini özləri açıqlasın.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Araz Mehrəli
İnterpress.az