Nazir avtomobil alan əlillərə xəbərdarlıq edib-Videobackend

Nazir avtomobil alan əlillərə xəbərdarlıq edib-Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Nazir işsizlik siğortasının tətbiqin də toxunub.
İki Tibbi-Sosial Ekspert Komissiyasının sədri və iki rayonun Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru tutduqları vəzifədən azad olunub. Bundan əlavə nazirliyini digər 4 əməkdaşı da işdən azad edilib.Bu barədə qərar ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən müşavirədə qəbul olunub. Beyləqanda vətəndaşları qəbul edən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov bildirib ki,onlar fəaliyyətlərində yol verdikləri nöqsanlara görə vəzifədən kanarlaşdırılıblar.

İşsizlik sığortasının tətbiqindən də danışan nazir bildirib ki,bununla bağlı qanun layihəsi hazırlanıb və hökumətə tətbiq olunacaq.

Dövlət tərəfindən avtomobillərlə təmin edilən bütün əlillər və müharibə veteranları bəzən avtomobilləri dövlət nömrə nişanı almadan idarə edir. Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, əlillik dərəcəsindən istifadə edən bəzi şəxslər qanuna əməl etmədən şəhərdə dövlət nömrə nişanı olmadan avtomobil idarə edir: \”Bu cür vəziyyət daha çox dövlət tərəfindən əlillərə verilən \”NAZ Lifan\” avtomobillərində müşahidə edilir. Ona görə də istənilən belə avtomobil DYP tərəfindən saxlanılaraq cərimə edilməlidir\”.

İnterpress.az