Ağdaşda  yol-nəqliyyat hadisəsində 71 yaşlı qadın öldübackend

Ağdaşda yol-nəqliyyat hadisəsində 71 yaşlı qadın öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Ağdaş rayonu, Türyançay kəndində “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək daş hasara çırpılıb. Nəticədə bir nəfər vəfat edib vədeformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq 1944-cü il təvəllüdlü Quliyeva Südabə Qabil qızının meyitini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

İnterpress.az