Şəkidə 78 yaşlı piyadanı maşın vurub öldürüb.backend

Şəkidə 78 yaşlı piyadanı maşın vurub öldürüb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki şəhər sakini Bayram Yavər oğlu Rəhimov idarə etdiyi “VAZ 21074” markalı, 55-BA-077 dövlət nömrə nişanlı minik avtomobili ilə yolu keçmək istəyən İnçə kənd sakini, 1937-ci il təvəllüdlü Abid Harun oğlu Ziyəddinovu vurub.

A. Ziyəddinov Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırıldıqdan bir qədər sonra orada vəfat edib.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

İnterpress.az