Dünya mətbuatından özətlərbackend

Dünya mətbuatından özətlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“dha.com.tr Doğan Xəbər Agentliyi”

İtaliya ifrat sağçı lideri: Türkiyə Aİ-na daxil olursa, biz çıxaq !

“Avropa Birliyinin (Aİ) Brüsseldə dünən keçirilən sammitində, Türkiyə Suriyalı qaçqınlar üçün 3 milyard avro yardım etməyi və birlikdə iştirakı üçün danışıqları canlandırmağı qərara alınması, İtaliyada müxalifləri hiddətləndirdi.
Şimal bölgələri xeyrinə İtaliyanın federal bir struktura çevrilməsini müdafiə edən, qaçqın əleyhinə ifrat sağçı partiya Şimal Liqasının (Lega Nord) lideri Matteo Salvini, zirvənin ardından mikroblog saytı \”Twitter\”-də bu fikirləri paylaşdı: \”Miqrantlar üçün Avropadan Türkiyəyə 3 milyard avroluq bir hədiyyə. Bəziləri də eyni Türkiyənin Aİ-na daxil olmasının istəyir. Onlar girirsə, BİZ ÇIXAQ\”.

Daha əvvəl də bir neçə dəfə Türkiyənin AB üzvlüyünə qarşı bəyanatlar vermiş olan Salvininin bu mesajına onlarla şərh verilib. Salvinini müdafiə edənlər qədər qarşı çıxanlar da varkən, \”Twitter\”-dəki diqqət çəkən bəzi reaksiyalar belə oldu: \”Türkiyə Aİ-na girərsə, mən qətiyyən gedirəm. Rusiyaya köçüb, dilənməyə başlayıram.\”

“Amerikanın səsi”

İqlim dəyişikliyinin inkişaf etməkdə olan ölkələrə təsiri

“Hələ də ən böyük problemlərdən biri davamlı enerji mənbələri inkişaf etdirə bilmələri üçün inkişaf etməkdə olan ölkələrin maliyyələşdirilməsidir.

Birləşmiş Millətlər Təşkilatının Parisdə keçiriləcək iki-həftəlik İqlim Dəyişikliyi Konfransının əsas gözləntiləri iştirak edən hər bir ölkənin əldə edə biləcəyi məqsədlərin daxil olduğu konkret bir planın tərtib edilməsidir. Bu isə 2025-ci ilədək karbon emissiyalarının indikindən daha aşağı səviyyəyə endirilməsi deməkdir. Amma razılıq əldə edilsə belə, onu həyata keçirmək nələr tələb edəcək?
Hazırda günəş enerjisi istehsal etmək bəzi yerlərdə digər enerji növlərinin istehsal edilməsindən daha ucuzdur.
Birgə İqtisadiyyat Komitəsi və Nümayəndələr Palatasının Təbii Sərvətlər Komitəsinin üzvü olan ABŞ konqresmeni Don Beyer planetin sürətlə istiləşməsinin təsirləri ilə mübarizə aparmaq üçün ümidin olduğunu deyir.”

“BBC”

Miqrant böhranı: Türkiyə və Aİ qaçqın axınına çarə axtarır

“Turkiyə baş naziri Ahmet Davutoğlu Avropaya miqrant axınının azaldılmasını müzakirə etmək üçün Brüsseldə Aİ liderləri ilə görüşə hazırlaşır.
Türkiyə sərhədlərini bağlaması və qaçqınları ölkədə saxlamasının müqabilində pul və siyasi güzəştlər almağa ümid edir.
Lakin müxbirlərin bildirdiyinə görə, hər Aİ ölkəsinin nə qədər pul verəcəyinə dair fikir ayrılığı var.
Bu il Avropaya təxminən 900 min miqrant yol tapıb.
Onlardan bir çoxu Suriya, İraq və Əfqanıstandakı münaqişəli bölgələri tərk edib və yollarına davam etməzdən öncə Türkiyədəki düşərgələrdə qalıblar.
Aİ-nin Türkiyəyə növbəti iki il ərzində 3 milyard avro təklif etdiyi güman edilir. Türkiyənin isə bunun əvəzində sərhədləri möhkəmləndirməsi və ölkədəki qaçqın və miqrantların şəraitini yaxşılaşdırması gözlənilir.”

“sputniknews.com”

Puşkov: Ərdoğan, Türkiyə iqtisadiyyatına zərbə vurdu

“Duma Xarici Əlaqələr Komitəsinin Sədri Aleksey Puşkov, Prezident Rəcəb Tayyib Ərdoğanın aldığı qərarların Türkiyə iqtisadiyyatına zərbə vurduğunu deyib.

Putin, Türkiyəyə xüsusi iqtisadi tədbirlərin həyata keçirilməsi qərarını imzalayıb.
\”RİA Novosti\” agentliyinə müsahibə verən Puşkov dedi ki, Rusiya Prezidenti Vladimir Putin dünən imzaladığı və Türkiyəyə yönəlik xüsusi iqtisadi tədbirlərin həyata keçirilməsini ehtiva edən qətnaməyə dair bəyanat verdi.
\”Bu qərar Ərdoğanın hər şeydən əvvəl öz iqtisadiyyatına zərbə vurduğunu bir daha göstərir\” deyən Puşkov, dedi: \”Türkiyənin Rusiya ilə xüsusi bir əlaqə vardı. Bu xüsusi münasibətə siyasi, ticari-iqtisadi və turist böyük layihələr də daxil idi.\”

“dw.com Alman radiosu”

Alman Ordusunun Suriya missiyası aydınlaşır

“Almaniya Suriyaya İŞİD-lə mübarizə çərçivəsində \”tornado\” kəşfiyyat təyyarələri, freqat və min 200 əsgər göndərməyi planlaşdırır.

Almaniya Baş Qərargahının Sədri Volker Veker \”Bild am Sonntag\” qəzetinə verdiyi müsahibədə, \”Hərbi baxımdan baxıldığında, təyyarə və gəmidə xidmət edəcək əsgər sayı təqribən min 200-dür\” dedi. Beləliklə, Almaniya İŞİD-lə mübarizə missiyası Alman Ordusunun xaricdəki ən böyük missiyasını həyata keçirmiş olacaq. Vekerə görə, Federal Hökumət hərbi missiyanın bu ilin içində başlamasını hədəfləyir.
Alman Müdafiə Nazirliyi bu zaman detalları dəqiqləşdirir. Nazirlər Kabinetinin çərşənbə günü toplaşaraq Suriya missiyası məsələsində bir qərar verməsi gözlənilir. Sonra məsələ ən qısa müddət ərzində Federal Məclisin gündəminə gələcək.”

“aljazeera.com.”

Türkiyə Aİ-ni məcbur edir

“Qarşı-qarşıya qaldığı qaçqın böhranını həll etmək üçün Türkiyənin dəstəyinə ehtiyac duyan Aİ-yi, vizasız Avropa prossesini sürətləndirməyə, yeni fəsillər açmağa və qaçqınlar üçün maliyyə yardımı etməyə hazırlaşır. Bu gün Brüsseldə toplaşan sammitin nəticəsində nəşr olunması gözlənilən layihə mətn bu məsələlərdə addımlar atılmasını nəzərdə tutur.

Yalnız bu il 700 min qaçqınının qapıya dayanması səbəbilə, çətin zamanlar keçirən Avropa Birliyi (Aİ), qaçqın böhranını həll etmək üçün açar ölkə olan Türkiyə ilə münasibətlərini yenidən canlandırmaq istəyir.
Bu məqsədlə Baş Nazir Əhməd Davudoğlunu Brüsseldə bir zirvəyə dəvət edən Aİ, qaçqın böhranının həlli üçün bir an əvvəl narahatlığın pay bölgüsünü nəzərdə tutan \”birgə fəaliyyət planını işə salmaq istəyir.
Bu günə qədər Aİ-nin \”əhdə vəfa\” prinsipini bir çox dəfə pozduğunu düşünən Türkiyənin isə başda əlaqələri canlandırmaq olmaq üzrə bəzi tələbləri var.
Bu tələblər arasında vizasız Avropa prosesinin sürətləndirilməsi, müzakirələrdə yeni fəsillər açılması, nizamlı birgə sammitlər keçirmək və qaçqın böhranının öhdəsindən gələ bilmək üçün yeni, davamlı və təzə malddi qaynaqlar var.
Sammitin nəticəsində nəşr olunması gözlənilən layihənin yekun bəyannaməsində bütün bu məsələlərə istinad var. Ancaq zirvə layihə mətni, Türkiyənin tələbləri istiqamətində dəyişə bilər.”

“irib.ir İİR-nın radiyo-tv-sı”

Hz.Hüseynin Ərbəin (40)Mərasimləri UNESCO-da qeydiyyata alındı

“İran Prezidentinin müavini, Mədəni İrs, Əl sənətləri və Turizm Qurumunun Sədri, Hz.Hüseynin Ərbəin(40) mərasimlərinin İran-İraq birgə təşəbbüsü ilə dünya və milli miqyasda \”Mənəvi İrs\” adıyla UNESCO-nun mənəvi əsərlər üzrə qeydiyyatından keçirildiyini bildirib.”

“filistinhaber.com”

Netanyahu: \”Bir Qarış Torpaq Belə Fələstinlilərə Verilməyəcəkdır\”

Fələstin İnformasiya Mərkəzi:

“İşğalçı rejimin baş naziri Benyamin Netanyahu Fələstinlilərə 40 min və ya 10 min hektar deyil, tək bir qarış torpağın belə verilməyəcəyini ifadə etdi.

İşğal rejiminin nəşr edən \”Walla\” saytında yer alan mövzu ilə bağlı xəbərdə bildirildiyinə görə, Netanyahu bu açıqlamaları bu gün (29 noyabr bazar günü) Likud Partiyasının işğal rejimi parlamenti Knessettdəki qrupunun iclasında söyləyib.”

“rudaw.net/kurdistan”

Şok-İŞİD-dən Rudava qadağa!

“Mosul (Rudaw) – İŞİD-in Mosul İcra Hakimiyyətindən bəzi televiziya və internet saytlarına embarqo qərarı çıxdı. Bu qərardan \”Rudaw\” televiziya və internet səhifəsi də nəsibini aldı.

\”Rudaw\”-a danışan Kürdüstan Demokrat Partiyası (KDP) Mosul şöbəsinin təmsilçisi Sədi Məmuzini, Mosul Şəhər Meriyasının televiziya və internet kanallarına embarqo tətbiq etməyə başladığını deyib.

Məmuzini, bu qərara tabe olan siyahıda \”Rudaw\” televiziya və internet səhifəsinin da yer aldığını bildirdi.

Məmuzini, \”Mosulda yaşayan təxminən 500 min Kürd var. \”Rudaw\” ən çox oxunan saytlar arasında yer alıb. Bu da İŞİD-i narahat edir\” dedi.”

Interpress.az