APA-nın xəbərinə görə, bunu Müəllif Hüquqlarının Agentliyinin sədri Kamran İmanov Bakıda keçirilən “Arxivlər, kitabxanalar və təhsil müəssisələri üçün istisnalar və məhdudiyyətlər” mövzusunda beynəlxalq seminarda çıxışında deyib.
O bildirib ki, dağıdılan 927 kitabxanada 4,6 milyon nüsxə kitab və qiymətli əlyazmalar da erməni işğalçıları tərəfindən məhv edilib.
K. İmanov qeyd edib ki, Azərbaycanın Əqli Mülkiyyət Hüquqları tapdalanıb: “Mədəniyyət məfhumu işğalçılara yaddır. Erməni işğalçıları maddi və qeyri-maddi irsimizə təcavüz ediblər. Azərbaycanın mədəni irsi xüsusi qəddarlıqla talan edilməkdədir”.
Interpress.az