İnterpress.az Suriya mətbuatına istinadən xəbər verir ki, Suriya ordu sözçüsü Əli Meyxub, ordu mövqelərinə Türkiyənin Hatay ərazisindən şiddətli qaubitsa toplarından atəş edildiyini deyib.
Mətbuat konfransında Suriya ordu sözçüsü Əli Meyxub, \”Dünən gecə Suriya ordusu mövqeləri, Hatayın Yayladağındakı Kel Dağı zonasından intensiv qaubitsa toplarının atəşinə məruz qaldı\” açıqlamasını etdi.
Meyxub, Suriya Prezidenti Bəşər Əsədin də bu cür davranışların təhlükələri barədə xəbərdarlıq etdiyini və Türkiyənin birbaşa və ya dolayı yollarla beynəlxalq terrorizmə dəstək verməkdən imtina etməsi üçün beynəlxalq ictimaiyyətin Türkiyə rəsmilərinə təzyiq etməsinin lazım olduğunu dedi. Türkiyə rəhbərliyinin hərbi dəstək əvəzində nefti və tarixi əsərləri qara bazar qiymətinə aldığını irəli sürən Meyxub, humanitar yardım daşıyan yük avtomobillərinin də bir mifdən ibarət olduğunu iddia edib.
Interpress.az