Belçikanın paytaxtı Brüsseldə keçirilən sammitdə Türkiyənin Baş Naziri Əhməd Davudoğlu, Aİ Şurasının Sədri Donald Task və Avropa Komissiyasının Prezidenti Jan Klod Janker ilə bir araya gəldi.
Müzakirədən sonra Davudoğlu, Task və Janker birgə mətbuat konfransı keçiriblər.
Avropa İttifaqı (Aİ) Şurasının Sədri Donald Task, zirvə sonunda çıxışında, \”Bu zirvə münasibətlərimizi bir proqram çərçivəsində canlandırmaq, terror təhdidi və təxirəsalınmaz məsələlər ilə bağlı idi. Çox faydalı bir görüş tamamlanıb\” deyə danışdı.
Miqrant köçü gündəmini də görüşdüklərini xatırladan Task, \”AB-nin sərhədlərinin qorunması onun öz vəzifəsidir. Heç kimin bizim sərhədimizi qorumasını gözləmirik\” ifadəsini istifadə etdi.
Türkiyənin Aİ-na qoşulmaq prossesinin bərpa olunmasını istədiklərini qeyd edən Task, \”Maddi və iqtisadi siyasətlər adlı 17-ci fəslin açılması üçün bir toplantı keçiriləcək. Başqa fəsillərin açılması üçün də işlər görüləcək\” dedi.
Task, 2016-ci ilin Türkiyə-Aİ-qı əlaqələrində açar il olmasını gözlədiklərini, Türkiyənin üzv olma görüşlərində irəli getməsi üçün meyarların eyni olduğunu, iclasda bir paket üzərində razılaşdırıldığını və prossesin davam edəcəyini ifadə etdi.
Interpress.az