“Açıq deyirlər ki, Azərbaycanda islam dövləti qurulmalıdır”backend

“Açıq deyirlər ki, Azərbaycanda islam dövləti qurulmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Interpress” xəbər verir ki, bunu modern.az saytına açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) keçmiş sədri Rafiq Əliyev deyib. O, bildirib ki, Nardaranda din bir alət kimi istifadə olunur: “Özü də orada daha çox siyasi tələblər səslənir. Onlar İslam dini ilə siyasəti bir araya gətirirlər. Onlar açıq şəkildə deyirlər ki, Azərbaycanda islam dövləti qurulmalı və qanunlar şəriət prinsipləri ilə müəyyənləşdirilməlidir. Bu məsələyə nəzarət məsələsində dini komitənin müəyyən qədər rolu ola bilər. Özü də bu, dövlətə, cəmiyyətə fayda verəcək müsbət bir rol olmalıdır. Təəssüflər olsun ki, dini komitənin və ölkənin başqa qurumlarının Nardaranla dialoqu yoxdur”.

Sabiq sədr DQDK-nın ümumilikdə ölkə miqyasında dini situasiyaya nəzarətinin mümkünsüz olduğunu da diqqətə çatdırıb: “Dini komitənin ölkədəki dini vəziyyəti nəzarətə ala bilməsi üçün atdığı addımlar effektiv deyil. Çünki dini situasiyanı tam olaraq nəzarətdə saxlamaq, prinsipcə mümkün deyil.

Din bütün respublikanı əhatə edir. Dini komitədə o qədər də savadlı, bacarıqlı adam yoxdur ki, Azərbaycanın bütün ərazisində dini situasiyanı tam nəzarətdə saxlasın. Dini komitənin əməkdaşları də o qədər çox deyil. Komitə din-dövlət münasibətlərini tənzimləyir və bu sahədə qanunların yerinə yetirilməsi üçün addımlar atmağa çalışır”.

Rafiq Əliyevin fikrincə, Qafqaz Müsəlmanları İdarəsi də Nardarana təsir göstərmək imkanlarından məhrumdur.

Interpress.az