Bakıda 3 avtomobil toqquşub, ölən varbackend

Bakıda 3 avtomobil toqquşub, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 29-da saat 07 radələrində Suraxanı rayonunun H.Əliyev prospektində Bakı şəhər sakinləri Murad Hüseynovun idarə etdiyi “Hyundai”, Adil Hacıyevin idarə etdiyi “Hyundai” və Oğuz rayon sakini Asif Nəsirovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. İdarəetməni itirmiş M.Hüseynov yolun kənarında dayanmış paytaxt sakini Rövşən Nurəhmədovu vurub. Nəticədə R.Nurəhmədov hadisə yerində ölüb.

Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az