Prezident Ərdoğan və Putin qarşlamşmamaq üçün ayrı salonlarda  olacaqlar – VIDEObackend

Prezident Ərdoğan və Putin qarşlamşmamaq üçün ayrı salonlarda olacaqlar – VIDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransı bazar günü öz işinə başladı. Liderlərin görüşləri bu gün(bazar ertəsi) günü keçiriləcək. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin ayrı zallarda olacaqlar.

Sammitə 147 ölkə liderin iştirakı planlaşdırılır. Ailə fotosunun çəkilməsindən sonra liderlər, 2 ayrı salonda olacaqlar . Prezident Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin ayrı zallarda olması planlaşdırılır.

Putin, ABŞ Prezidenti Barak Obamayla eyni salonda olacaq. Liderlər zirvəsi, Fransa Prezidenti Ollandın və BMT-nin Baş katibi Pan Gi Munun edəcəyi çıxışlarla başlayacaq.

Liderlər, günorta yeməyi də yeyəcəklər. Ərdoğan və Putinin burada da yanaşı olması nəzərdə tutulmur.

https://youtube.com/watch?v=MhAEhIqY-7M