Papa  Fransis  Afrikada məscidi ziyarət edibbackend

Papa Fransis Afrikada məscidi ziyarət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”BBC\”-yə istinadən xəbər verir ki, Papa, xristianlarla müsəlmanlar arasında üç il davam etmiş zorakılığın ardından Banqidə sığınacaq tapmış müsəlmanlarla görüş keçirib.
Müsəlmanların əksəriyyəti paytaxtı tərk edib, lakin təxminən 15 min nəfər hələ də silahlı xristianların əhatəsində \”PK5\” adlanan ərazidə yaşayırlar.Papa Fransis Afrika səfərini Banqidə başa vuracaq.
Bazar günü Papa Mərkəzi Afrika Respublikasında döyüşən tərəfləri silahları yerə qoymağa çağırıb.
Ölkə müsəlman və xristian silahlılar arasında davam edən zorakılıq nəticəsində parçalanıb.Bu, Papanın münaqişə zonasına ilk səfəridir.
Yerli müsəlman liderlərlə görüşdən sonra Papanın izdiham önündə çıxışı gözlənilir.
O, səfəri öncəsi bildirib ki, ölkəyə sülh və ümid mesajı gətirmək əzmindədir.
Mərkəzi Afrika Respublikasında uzun illərdir savaş getsə də, döyüşlər iki il bundan əvvəl dini münaqişəyə çevrilib.
Ölkə prezidenti Frankois Bozize 2013-cü ilin mart ayında baş tutmuş çevriliş nəticəsində devrilib və əsasən üsyançı müsəlmanlardan ibarət qrup paytaxta yürüş edərək qısa müddətə ölkəyə nəzarəti ələ keçirib.

Interpress.az