Meyit şəkli nardaranlılara aid deyilbackend

Meyit şəkli nardaranlılara aid deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a açıqlamasında Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib.
Qeyd edək ki, sosial şəbəkələrdə paylaşılan meyit şəklinin üzərində xeyli döymə var. Bəziləri bunun hazırda meyiti morqda saxlanılan Nardaran sakinlərindən birinə məxsus olduğunu iddia edirlər.
Nardaran ağsaqqalı söhbət zamanı onu da bildirdi ki, hələ də qəsəbənin blokadası aradan qaldırlmayıb: “Nardaranın işığını da, qazını da kəsiblər. İnternetimiz də yoxdur. Bütün ətraf aləmdən təcrid olunmuşuq”.
Indiyə qədər doğmalarının meyitini gözləyənlərin də gözü yolda qalıb. N.Kərimov deyir ki, oturub zəng gözləyirik: “Nə zaman zəng edəcəklərini gözləyirik ki, gedib meyitlərini gətirək”.

Meyit şəkli nardaranlılara aid deyil

İnterpress.az