İŞİD ilə mübarizəyə Suriya ordusunun da qoşula biləcəyinə dair mübahisələr davam edir.
İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya Müdafiə Naziri Ursula Fon Der Leyen özünə \”İslam Dövləti\” adını verən Suriyadakı terror təşkilatı ilə müharibəyə Suriya hökumət qoşunlarının də qoşulmasını müzakirə etməyə hazır olduğunu dedi. Nazir bir televiziyaya verdiyi müsahibədə, \”Gələcəyin Əsədli olmayacağı açıqdır. Ancaq İraqda olduğu kimi Suriya silahlı qüvvələri tərkibindən də yararlanmaq faktorları var\”, – dedi.
Almaniya Müdafiə Naziri Əsədsiz keçid dövründə də Suriyanın dövlət quruluşunun qorunmasının lazım olduğunu və Əsədin aqibətiçbəlli olduqdan sonra, Suriya qoşunlarının nə kimi rol oynaya biləcəyini də danışıqlara əlavə ediləcəyini dedi.
İnterpress.az