Ekoloq aktivistlərdən Parisdə “səssiz” etirazbackend

Ekoloq aktivistlərdən Parisdə “səssiz” etiraz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, fövqəladə hal elan edildiyi üçün şou yürüşünün qadağan olunduğu şəhərdə, \”Run for Your Life\” adlı bir qrup etirazlarını fərqli bir şəkildə bildirib.

Qrupun üzvləri Şimal Qütbündən aldıqları daş parçalarını sammitin keçirildiyi sahəyə gətirdi: \”Bu sadəcə ətrafı maraqlandıran bir məsələ deyil. Bu bəşəriyyətin problemidir. Hər kəsə təsir edir. Bu barədə hazırda daha qərarlıyıq. Çünki, artıq fəlakətin sərhəddindəyik. Bunu hər gün hiss edirik. Onun üçün buradayıq\”.

Bir başqa qrup da, Yeni Zelandiya yaxınlığında yerləşən Kuk Adalarındakı iqlim dəyişikliyinə diqqət çəkdi. \”İnsanların gələcəyi üçün narahat olan bir qrup insandan biriyəm. Biz bayıra çıxıb insanlara məsləhətlər veririk. Sahillərdən daxili təbəqələrə doğru hərəkət edən iqlim dəyişikliyinin fərqinə varmalıyıq\”.

Parisdə 13 noyabrda baş verən terror hücumlarından sonra elan edilən fövqəladə hal kontekstində şəhərdə bir yerə toplaşma və mitinq yürüşü qadağası var.

İnterpress.az