Prezident Bərzani Ər-Riyaddabackend

Prezident Bərzani Ər-Riyadda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnterpress.az İraq mətbuatına istinadən xəbər verir ki, Prezident Ofisindən bildiriblər ki, Prezident Məsud Bərzaninin Ər-Riyadda yüksək səviyyəli rəsmilər ilə bir araya gələcəyi bildirilib.

Amerika Birləşmiş Ştatları (ABŞ) rəhbərliyi altındakı İŞİD əleyhinə koalisiyada 10 Ərəb ölkəsi də var.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər və İordaniya İŞİD-ə qarşı əməliyyatlarda iştirak edir.

Əl-Qaidənin torpaqlarında həyata keçirdiyi hücumlarla son 10 ildə təhlükəsizlik problemi yaşayan Səudiyyə Ərəbistanı, təxminən 57 milyard dollar ilə dünyada dördüncü ən böyük müdafiə büdcəsinə malik olan ölkədir.

Səudiyyə, İŞİDE qarşı mübarizədə ön cərgələrdə ağırlığını qorumağa çalışır.

Məsud Bərzani dünən Əbu Dabi Vəliəhdi, Şahzadə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Baş Qərargah Rəisi Məhəmməd bin Zeyd Əl-Nəhyan ilə əhəmiyyətli bir görüş keçirmişdi.

BƏƏ rəsmi xəbər agentliyi \”WAM\”-in xəbərinə görə, görüşdə Kürdüstan Bölgəsi – BƏƏ əlaqələrinin inkişaf etdirilməsi müzakirə olunub. Toplantının əsas müzakirə mövzusu isə iqtisadiyyat oldu.

Görüşdə dostluq əlaqələrində hər iki tərəfin maraqlı olduğu vurğulanıb.

Bərzani – Əl-Nəhyan görüşündə BƏƏ-nin rəsmi şəxsləri də iştirak edib.

İnterpress.az