Suriya kimyəvi silahdan istifadə etməyib!backend

Suriya kimyəvi silahdan istifadə etməyib!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Suriya mətbuatına istinadən xəbər verir ki, Suriya Xarici işlər nazirinin müavini Feyzal Mekdad Kimyəvi Silahların Qarşısının Alınması Təşkilatına bildirib ki, Suriya qətiyyətlə hər hansı insident zamanı zəhərli kimyəvi silahlardan istifadə etməyib.

Suriya 2013-cü ildə quruma qoşularkən ölkənin sahib olduğu 1300 ton kimyəvi silahın 99 faizi artıq məhv edilib. Ancaq Avropa Birliyinin nümayəndəsi Haaqada keçirilən illik toplantıda Dəməşqi sərt tənqid edərək bildirib ki, Suriya kimyəvi silahların bəyanı zamanı boşluqlara və ziddiyətlərə yol verib.

Lüksemburq nümayəndəsi Cakek Bilika Suriya prezidenti Bəşar Əl-Əsəd administrasiyasının bütün başlıqlarını təhvil verməsinə dair inamsızlığını ifadə edib.

İnterpress.az