Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifələrini icra edən Azər Süleymanov APA-ya bildirib ki, yararsız ət Bərdədə iki böyük stasionar kamerada aşkarlanıb.
O bildirib ki, eyni zamanda Bakının Qaradağ rayonu ərazisində saxlanılan, Bərdədən gələn avtomaşının içərisində mənşəyi məlum olmayan 5 ton ət aşkar edilib.
A. Süleymanov qeyd edib ki, aşkarlanan 25 tondan çox ətdən nümunələr götürülür.
İnterpress.az