Vilayət Eyvazov Nardarandabackend

Vilayət Eyvazov Nardaranda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nardaran qəsəbəsinin mərkəzi yollarında və meydanında, həmçinin qəsəbəyə giriş-çıxış yollarında polis nəzarəti davam edir.

Qəsəbə sakini Natiq Kərimovun APA-ya verdiyi məlumata görə, qəsəbə gəlmiş daxili işlər nazirinin müavini Vilayət Eyvazov sakinlərlə söhbət edib.

V. Eyvazov sakinlərlə profilaktik söhbət aparıb. Onları polisin qanuni tələblərinə əməl etməyə çağırıb.

Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları qəsəbənin küçə və meydanlarını radikal dini simvollardan təmizlənib. Mərkəzi küçələrdəki şüarlar, digər elementlər yığışdırılıb, barrikadalar təmizlənib.

Məlumata görə, keçirilmiş əməliyyat nəticəsində saxlanılanlar var. Qəsəbədə bəzi evlərdən silah-sursat aşkar olunaraq götürülüb.

İnterpress.az